USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avronun məzənnəsi bir ayın ən aşağı səviyyəsindən bərpa olunacaqmı?

29.07.2025 İqtisadiyyat
0 0
Monex Europe analitikləri ABŞ və Avropa İttifaqı arasında ticarət razılaşmasından sonra dollar qarşısında bir ayın ən aşağı səviyyəsinə enən avronun toparlanacağını proqnozlaşdırırlar.

Avro AB-nin idxalına 15%-lik rüsumun iqtisadi təsiri ilə bağlı narahatlıqlar səbəbindən ucuzlaşır. Bununla belə, analitiklər tarifin bir çoxlarının qorxduğundan aşağı olduğunu iddia edib:

“Biz inanmaqda davam edirik ki, ABŞ-da artımın yavaşlamasına baxmayaraq, Avropa artımındakı bərpa ortamüddətli perspektivdə avronun dollara nisbətdə yüksəlişini dəstəkləyəcək”.