USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

S&P ABŞ-ın kredit reytinqini təsdiqləyib

19.08.2025 İqtisadiyyat
0 0
Beynəlxalq kredit reytinq agentliyi Standard & Poor's (S&P) ABŞ-ın uzunmüddətli kredit reytinqini "AA+", qısamüddətli kredit reytinqini isə "A-1+" səviyyəsində təsdiqləyib. Uzunmüddətli perspektivlə bağlı qiymətləndirmə “stabil” olaraq açıqlanıb.

Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P) ABŞ-ın uzunmüddətli kredit reytinqini AA+ səviyyəsində təsdiqləyib.

Kredit reytinq agentliyi ABŞ iqtisadiyyatına dair öz qiymətləndirməsini dərc edib.

S&P açıqlamasında ABŞ-ın uzunmüddətli kredit reytinqinin "AA+", qısamüddətli kredit reytinqinin isə "A-1+" olaraq təsdiqləndiyini və proqnozunun "stabil" olduğunu açıqlayıb.

Açıqlamada, stabil proqnozun ABŞ iqtisadiyyatının dayanıqlı qalacağı, sağlam və effektiv pul siyasətinin həyata keçiriləcəyi, xalis dövlət borcunun artmasının altında yatan yüksək, lakin sabit maliyyə kəsirlərinin davam edəcəyi və borc tavanının 5 trilyon dollar artırılacağına dair gözləntiləri əks etdirdiyi açıqlanıb.

Bəyanatda qeyd olunub ki, ABŞ prezidenti Donald Trampın administrasiyası özünün əsas siyasət prioritetlərini əks etdirən əhəmiyyətli vergi və xərclər qanun layihəsini qəbul edib və ABŞ-ın beynəlxalq ticarət rejimini yenidən nəzərdən keçirməyə davam edir. Bəyanatda əlavə edilib ki, effektiv tarif dərəcələrinin artırılması, vergi və xərclərin həm azaldılması, həm də artırılmasını ehtiva edən son qanunvericiliyə aid edilən zəif fiskal nəticələri tarif gəlirləri ilə kompensasiya edəcəyi gözlənilir.