USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ prezidenti Tramp: Bu müharibə mütləq bitəcək

19.08.2025 Siyasət
0 0
ABŞ prezidenti Tramp və Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə kritik görüş keçirib. Görüşün ardınca Tramp “Bu müharibə mütləq bitəcək” deyib.

ABŞ prezidenti Tramp Zelenski və Avropa liderləri ilə görüşün “yolun sonu olmadığını”, lakin sülhə nail olmaq ehtimalının yüksək olduğunu bildirib.

Trampın açıqlamaları belədir:

(Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri ilə bağlı) Avropa Ukrayna üçün ilk müdafiə xətti olacaq, amma biz bunda iştirak edəcəyik.

Bilirəm ki, Vladimir Putin də bu müharibənin bitməsini istəyir. Biz çalışırıq ki, hər iki tərəfin xeyrinə olan razılaşma əldə edək.

Bildiyiniz kimi, biz İranın bütün nüvə imkanlarını məhv etdiyimiz kimi bu müharibəni də bitirəcəyik.

Mənim atdığım addımlara göstərilən düşmənçilik həqiqətən görünməmiş bir şeydir. Ətrafımızda çoxlu düşmənlərimiz var. Biz bir çox müharibələri dayandırmışıq, lakin onların hamısına məhəl qoyulmayıb.

Məncə, atəşkəs lazım deyil; Mən bitirdiyim müharibələrin heç birində atəşkəs rejiminə əməl etməmişəm. Biz davamlı sülh istəyirik. Atəşkəs bir tərəfi strateji cəhətdən əlverişsiz vəziyyətə sala bilər.