USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gediş haqqı yalnız bu avtobuslarda 60 qəpik olacaq

29.09.2025 İqtisadiyyat
0 0
Oktyabrın 1-dən avtobuslarda gediş haqqının 60 qəpik olacağı ilə bağlı dəyişiklik ilkin mərhələdə paytaxtın sözügedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək.

Kommersant.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, tələblərə cavab verməyən marşrutlarda qiymət dəyişikliyi tətbiq olunmayacaq:

"Eyni zamanda tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarında da tətbiq olunacaq. Bu dəyişiklik gediş haqları yalnız nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən, elektrik, CNG və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara şamil ediləcək".