USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Metro və avtobuslarda gediş haqqı bu qədər olacaq

29.09.2025 İqtisadiyyat
0 0
Metro nəqliyyatında və müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi (məsafədən asılı olaraq tariflər dəyişir) tariflər dəyişərək 60 qəpik müəyyən olunub.

Kommersant.az xəbər verir ki, bu barədə RİNN-dən məlumat verilib.

Bildirilib ki, bu tariflər 1 oktyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.

"Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla (CNG) işləyən avtobuslara şamil ediləcək",-əlavə olunub.