USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya neft nəhəngi Türkiyədən çıxır: Xarici aktivlərini satır

29.10.2025 İqtisadiyyat
0 0
ABŞ sanksiyalarının artan təzyiqi altında Rusiyada yerləşən neft nəhəngi Lukoil, bütün xarici aktivlərini satmaq üçün strateji bir qərar verdi. Bu qərar, 2008-ci ildə Türkiyə bazarına güclü bir giriş edən Lukoil-ın Türkiyə əməliyyatlarına birbaşa təsir edəcək.

Lukoil 2008-ci ildə Akpet şirkətinin alınması ilə Türkiyə sektoruna daxil oldu. Şirkət 600-dən çox yanacaqdoldurma məntəqəsi ilə Türkiyə bazarında qısa müddətdə əhəmiyyətli bir mövqe qazandı və satış sektorda əhəmiyyətli dəyişikliklərə səbəb olacaq.

Lukoil-in rəsmi açıqlamasında deyilirdi: "Beynəlxalq aktivlərimizi satmağı planlaşdırırıq. Potensial alıcılardan təkliflər qiymətləndirmə üçün təqdim edilib".

Şirkətin başlatdığı proses qlobal enerji bazarında əks-səda doğuracaq bir addım hesab olunur.

Bu satış qərarı ABŞ və digər Qərb ölkələri tərəfindən Rusiya enerji nəhənglərinə tətbiq edilən sanksiyaların birbaşa nəticəsi kimi şərh olunur. Lukoil-in Türkiyədən başqa Rumıniya, Bolqarıstan və Azərbaycan kimi bir çox ölkələrə investisiyalarını da əhatə edən bu satış enerji sektorunda regional yenidənqurmanın əlaməti kimi qəbul edilir.

  • Əvvəlki

    NATO bioloji silahlarla bağlı xəbərdarlıq edir

Digər xəbərlər

29.10.2025 İqtisadiyyat
Neft qiymətləri düşməyə davam edir
0 0
29.10.2025 İqtisadiyyat
Bazarlar Fed-ə Diqqət Edir
0 0