USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn il pulsuz dərslik təminatına nə qədər vəsait xərclənəcək?

04.11.2025 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində oxuyan şagirdlərin 2026/2027-ci tədris ilində 300-dən çox adda təqribən 7,7 milyon nüsxə pulsuz dərsliklərlə təmin olunması nəzərdə tutulub.

Kommersant.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, metodiki vəsaitlərin alınması ilə bağlı xərclərə 19,0 milyon manat ayrılması proqnozlaşdırılır.

Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.

  • Əvvəlki

    Aİ-95 markalı benzinin bahalaşacaq? - İSTEHSAL DAYANIR

Digər xəbərlər