USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan nefti bahalaşıb

21.11.2025 İqtisadiyyat
0 0
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,02 ABŞ dolları və ya 0,03 faiz artaraq bir barel üçün 67,69 ABŞ dolları təşkil edib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 0,05 dollar və ya 0,08 faiz bahalaşaraq 65,60 dollar olub.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,77 dollar və ya 1,54 faiz azalaraq bir barel üçün 49,31 dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,19 dollar və ya 0,3 faiz artaraq bir barel üçün 63,54 dollar təşkil edib.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.