USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lerikin bu ərazilərində işıq kəsiləcək

28.11.2025 İqtisadiyyat
0 0
Lerikin bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Kommersant.az xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.

Bildirilib ki, Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 28 noyabr tarixində 35 kV-luq "Lerik-1" və "Lerik-2" hava xəttində təmir və ağac budanması işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:30-dan 12:30-dək Diryan, Gürdəsər, Lərmərud, Livədirqə, Nücü, Şingədulan, Zenoni, Züvüç kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.