USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda sənayedə istehsal olunmuş malların və xidmətlərin həcmi 20 milyard manat olub

06.08.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-iyun aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 20,5 milyard manat təşkil edib.

"Kommersant.az"ın Trend-ə istinadən məlumatına görə, sənaye məhsulunun 82,5 faizi mədənçıxarma, 15,5 faizi emal, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 84,4 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,6 faiz, xidmətlərin göstərilməsi isə 10,4 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2018-ci il vəziyyətinə 218,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 22,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

  • Əvvəlki

    AHİK-in sədri həmkarlar ittifaqlarının sanatoriya müəssisələrindəki şəraitlə tanış olub

Digər xəbərlər