USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gümüş 82 dolları keçərək rekord səviyyəyə çatıb

29.12.2025 İqtisadiyyat
0 0
Nyu-York Ticarət Birjasının Comex bölməsində 2026-cı ilin martında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti troya unsiyası üçün 82 dolları keçərək yeni rekord səviyyəyə çatıb.

Kommersant.az xəbər verir ki, bu məlumat ticarət platformasının göstəricilərindən əldə olunub.

Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, qiymətli metalın qiyməti 6,16% artaraq troy unsiyası üçün 81,95 dollara yüksəlib. Bakı vaxtı ilə saat 08:37-də isə gümüşün qiyməti troy unsiyası üçün 82,67 dollara çatıb ki, bu da 7,09% artımı ifadə edir.