USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

London və Berlin 70 milyon dollarlıq müqavilə imzalayıb

29.12.2025 İqtisadiyyat
0 0
London və Berlin mobil artilleriya sistemlərinin birgə alınması üçün 70 milyon dollarlıq müqavilə imzalayıb.

Kommersant.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya dəqiqədə səkkiz atəş açmaq, hərəkət zamanı atəş aparmaq və yanacaq doldurmadan 700 kilometr məsafə qət etmək imkanına malik RCH 155 özüyeriyən artilleriya sisteminin nümayiş variantlarını alacaq. Daha iki özüyeriyən artilleriya prototipi sınaqlar üçün Almaniyaya təhvil veriləcək.

Qeyd olunur ki, sistem Fransa-Almaniya birgə şirkəti KNDS və Almaniyanın aparıcı müdafiə şirkəti Rheinmetall tərəfindən istehsal olunur. Avqust ayında yayılan məlumata əsasən, Rheinmetall şirkətinin gəliri 2025-ci ilin birinci yarısında 24 faiz artaraq rekord səviyyəyə – 4,7 milyard avroya çatıb.