USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Macarıstan AB-nin Venesuela ilə bağlı bəyanatına qoşulmayıb

05.01.2026 İqtisadiyyat
0 0
Bildirilib ki, Macarıstan Avropa Birliyinə üzv dövlətlərin ABŞ və Venesuela ilə bağlı birgə bəyanatını imzalamayıb.

Macarıstan ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi ilə bağlı Avropa Birliyi (AB) üzv dövlətlərinin birgə bəyanatını imzalamayıb. 26 AB üzv dövləti tərəfindən imzalanan bəyanatda Venesueladakı vəziyyətin dinc yolla həllinə nail olmaq üçün bütün tərəflər təmkinli olmağa çağırılıb.

Bəyanatda beynəlxalq hüquq prinsiplərinə və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə hörmətin bütün hallarda zəruri olduğu və BMT Təhlükəsizlik Şurası üzvlərinin bu baxımdan "xüsusi məsuliyyət" daşıdığı qeyd edilib.

Bəyanatda deyilir: "AB dəfələrlə Nikolas Maduronun demokratik yolla seçilmiş prezident kimi legitimliyinə malik olmadığını bildirib və ölkənin suverenliyinə hörmətlə yanaşılan venesuelalıların rəhbərlik etdiyi demokratiyaya dinc keçidin tərəfdarı olub. Venesuela xalqının öz gələcəyini müəyyən etmək hüququna hörmət edilməlidir".

Bəyanatda mövcud böhranı həll etməyin yeganə yolu Venesuela xalqının iradəsinə hörmətin olduğu vurğulanıb və əlavə edilib: "Bu kritik dövrdə bütün tərəflərin insan hüquqlarına və beynəlxalq humanitar hüquqa tam hörmət etməsi vacibdir. Venesuelada saxlanılan bütün siyasi məhbuslar qeyd-şərtsiz azadlığa buraxılmalıdır".

  • Əvvəlki

    “280 milyonluq bazara Azərbaycandan rüsumsuz giriş imkanı var” - TÜİB prezidenti

Digər xəbərlər