USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Nas Project” BOKT-un mənfəəti azalıb, aktivləri isə kəskin artıb

05.05.2026 İqtisadiyyat
0 0
Nas Project ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 525 min manat xalis mənfəətlə başa vurub.

Kommersant.az xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 10,9 % azdır.

BOKT-un maliyyə hesabatına əsasən, ötən il şirkətin vergiyəqədərki mənfəəti 678 min manat təşkil edib ki, bu da illik müqayisədə 7,9 % azalma deməkdir. Eyni zamanda, mənfəət vergisi ödəmələri 154 min manata çatıb və bu göstərici 4,8 % artıb.

2026-cı il yanvarın 1-nə “Nas Project”in ümumi aktivləri 8,319 milyon manat olub. Bu, illik müqayisədə 61,3 % artım deməkdir. Aktivlərin əsas hissəsini – 7,379 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

Hesabat dövründə BOKT-un kredit portfeli 45,5 % genişlənib.

Şirkətin öhdəlikləri 97,5 % artaraq 6,513 milyon manata yüksəlib. Bunun fonunda, balans kapitalı 2,8 % azalaraq 1,807 milyon manata düşüb.

Xatırladaq ki, “Nas Project” 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,3 milyon manat təşkil edir. Şirkətin 100 %-lik səhmdarı Məhəmməd Quliyev-dir.