USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda avtomobil benzini istehsalı 17%-dən çox artıb

19.01.2026 İqtisadiyyat
0 0
2025-ci ildə Azərbaycanda 1,467 milyon ton avtomobil benzini istehsal edilib.

Bu barədə Kommersant.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü illə müqayisədə 17,2% çoxdur.

Bu ilin yanvarın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 71,2 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 5,532 milyard manat olmaqla, əvvəlki illə müqayisədə 13,7 faiz artıb.