USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda neft koksunun istehsalı artıb

20.01.2026 İqtisadiyyat
0 0
2025-ci ildə Azərbaycanda 240,8 min ton neft koksu istehsal olunub.

Kommersant.az bu barədə Dövlət Statistika Komitəsi istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 57,5 min ton və ya 31,4 faiz çoxdur. Ötən il ölkədə 183,3 min ton neft koksu istehsal edilmişdi.

Cari ilin 1 yanvar tarixinə hazır məhsul ehtiyatları 40,7 min ton təşkil edib.

Neft məhsulları sahəsində ümumi istehsal həcmi 5,5 milyard manat olub ki, bu da əvvəlki illə müqayisədə 13,7 faiz çoxdur.

Neft məhsulları arasında mazut istehsalı 2,2 dəfə artıb, qazoyl istehsalı 22,9 faiz, ağ neft istehsalı 22,9 faiz yüksəlib. Eyni zamanda neft bitumu istehsalı 2,1 faiz, sürtgü yağlarının istehsalı isə 48,2 faiz azalıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda kondensat da daxil olmaqla təxminən 27,7 milyon ton xam neft hasil edilib. Bunun 27,6 milyon tonu əmtəəlik neftin payına düşüb. Beləliklə, Azərbaycanda kondensat da daxil olmaqla xam neft hasilatı illik müqayisədə 4,8 faiz azalıb. Əmtəəlik neft hasilatı da il ərzində 4,8 faiz geriləyib.

  • Əvvəlki

    Ceyhun Bayramov İrandakı vətəndaşlarımızın vəziyyətini açıqladı

Digər xəbərlər

20.01.2026 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0