USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Taksi sürücüləri üçün yaş limiti qadağası gəlir? - AÇIQLAMA

27.01.2026 İqtisadiyyat
0 0
Sosial şəbəkədə yayılan məlumatlara görə taksi xidmətlərində yaş meyarları olacaq. Sürücülər üçün minimal və ya maksimal yaş həddinin müəyyənləşdirilməsinin zəruriliyi cəmiyyətdə müzakirələrə səbəb olduğu bir vaxtda məsələ ilə bağlı mütəxəssis rəyləri də diqqət çəkir.

Bu barədə Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün yaş meyarının müəyyən edilməsində spesifik xüsusiyyətlər mövcuddur:

“Sürücülük vəsiqəsinin verilməsi yaş faktoru ilə tənzimlənir. Bu yaş həddinə çatdıqdan sonra sürücüyə bir neçə dəfə, adətən birillik müddət üçün uzadılma imkanı tanınır. Bu zaman sürücünün yol hərəkəti qaydalarına riayət etmə bacarığı, qanunlara münasibəti, görmə və eşitmə qabiliyyəti kimi mühüm amillər nəzərə alınır. Məhz buna görə də demək olar ki, sürücülük vəsiqəsinin əldə edilməsi mərhələsində yaş tənzimi artıq öz funksiyasını yerinə yetirir. Lakin məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, bu gün nəqliyyat vasitələrinin, xüsusən də onları idarə edən şəxslərin rentabelliyini və peşəkarlığını qorumaq üçün müəyyən platformalara ehtiyac var”.

O qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olacaq şəxslər yeniliklərə, müasir texnologiyalara bələd olmalıdırlar:

Bu gün elə texnoloji yeniliklər, proqramlar və mobil tətbiqlər mövcuddur ki, müəyyən yaş həddindən yuxarı olan şəxslər onların istifadəsində çətinlik çəkirlər. Həmin şəxslər texnologiyanın son yenilikləri ilə rəqabət aparmaqda çətinlik yaşayırlar. Bu imkanlardan isə daha çox gənclər yararlana bilirlər. Ona görə də bu məsələdə tələsməyə, tez nəticə çıxarmağa ehtiyac yoxdur. Çünki burada əsas məqsəd həmin şəxslərin öz fəaliyyətinin rentabelliyini qoruması, işinin keyfiyyətini və məsuliyyətini təmin etməsidir. Bu davranışlar mərhələli şəkildə həyata keçirilməli, növbəti mərhələlərdə isə mövzu daha ətraflı müzakirə edilə bilər”.

Bu müzakirələr gələcəkdə daha sürətli və keyfiyyətli taksi xidməti deməkdir. Əgər yaş və texnoloji bacarıqlarla bağlı müəyyən standartlar tətbiq olunarsa, sərnişinlər ünvanı tapmaqda çətinlik çəkməyən, mobil tətbiqlərdən sərbəst istifadə edən və sağlamlıq vəziyyəti tam qaydasında olan sürücülər tərəfindən daşınacaqlar. Bu da həm yollarda təhlükəsizliyin artmasına, həm də sərnişinlərin vaxt itkisinin qarşısının alınmasına xidmət edəcək.

Qeyd edək ki, hazırda taksi fəaliyyəti üçün vahid maksimal yaş həddi ilə bağlı rəsmi təsdiqlənmiş bir qərar yoxdur, mövzu hələlik ekspertlər tərəfindən müzakirə mərhələsindədir.

  • Əvvəlki

    Azərbaycan valyuta ehtiyatları nə qədərdir? - Rəqəmlər açıqlandı

Digər xəbərlər

27.01.2026 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
26.01.2026 İqtisadiyyat
AB-nin WhatsApp ilə bağlı qərarı
0 0