USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşıb

03.03.2026 İqtisadiyyat
0 0
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,85 ABŞ dolları və ya 9,4 faiz artaraq bir barel üçün 79,60 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 6,69 dollar və ya 9,5 faiz bahlaşaraq 76,79 dollar olub.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,94 dollar və ya 18,6 faiz artaraq bir barel üçün 44,25 dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 6,88 dollar və ya 9,7 faiz artaraq bir barel üçün 77,82 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

  • Əvvəlki

    Mərkəzi Komandanlıq İran əməliyyatlarında ölənlərin sayının artdığını açıqladı

Digər xəbərlər