USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda pul bazası artıb

03.03.2026 İqtisadiyyat
0 0
Bu il martın 1-nə Azərbaycanda pul bazası 22,817 milyard manat təşkil edib.

Kommersant.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2026-cı ilin fevralın 1-i ilə müqayisədə 271,7 milyon manat və ya 1,2% çoxdur.

Eyni zamanda ölkədə pul bazası son 1 ildə isə 2,975 milyard manat və yaxud 15% artıb.

Qeyd edək ki, pul bazası iqtisadiyyatda mərkəzi bank tərəfindən yaradılan və birbaşa nəzarət olunan ən ilkin pul kütləsidir.
Pul bazası əsasən iki hissədən ibarətdir: 1) Dövriyyədə olan nağd pul – əhalinin və şirkətlərin əlində olan kağız və metal pullar; 2) Bankların mərkəzi bankdakı ehtiyatları – kommersiya banklarının Mərkəzi Bankda saxladığı məcburi və əlavə ehtiyatlar.

Rəsmi vlayuta ehtiyatları və pul bazası arasındakı 3 milyard 73 milyon manatlıq fərq üçün analitik yazı tərəfimizdən ən yaxın vaxta dərc ediləcək.