"PAŞA Həyat Sığorta" şirkətinin strukturunda dəyişiklik baş verib. Sevda Əliyeva Aparat rəhbəri (Chief of Staff) vəzifəsinə təyin edilib.
Sevda Əliyeva 25 ildən artıq rəhbərlik və strateji idarəetmə təcrübəsinə malikdir. Peşakar karyerası ərzində o, "PASHA Real Estate"də Qrup üzrə Baş İnsan Resursları İnzibatçısı (CHRO) və İcraçı Komitə üzvü, "Unibank"da Baş Transformasiya İnzibatçısı və İcraçı Komitə üzvü, "PASHA Bank"da İnsan Resursları Departamentinin Direktoru, "Azercell Telecom"da isə Baş İnsan Resursları İnzibatçısı CHRO və Marketinq Direktoru kimi vəzifələrdə çalışaraq daşınmaz əmlak, bankçılıq və telekommunikasiya sahələrində kompleks transformasiya və təşkilati inkişaf proqramlarını uğurla həyata keçirib.
Təhsilini Bakı Dövlət Universitetində Tarix ixtisası üzrə bakalavr dərəcəsi ilə tamamlamış, həmçinin "Telecoms Mini MBA" proqramını (Informa Telecoms Academy, UK, 2008) müvəffəqiyyətlə bitirmişdir. Korporativ təhsil və inkişaf proqramları çərçivəsində "Agile Project Management" (IBM, UK, 2018), "Design Thinking" (IBM, UK, 2017), "Job Evaluation" (Korn Ferry Hay Group, Turkey, 2017) və digər liderlik və idarəetmə sahələrinə yönəlmiş proqramları uğurla tamamlayıb.