USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda sığorta bazarında dayanıqlılığın gücləndirilməsi müzakirə edilib

06.03.2026 İqtisadiyyat
0 0
Azərbaycanda sığorta bazarında dayanıqlılığın gücləndirilməsi müzakirə edilib.

Kommersant.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımov İcbari Sığorta Bürosunda (İSB) qurumun rəhbər heyəti və kollektivi ilə görüş keçirib.

Görüş çərçivəsində İSB rəhbərliyi tərəfindən ötən il ərzində fəaliyyət nəticələri, icbari sığorta mexanizmlərinin effektivliyinin artırılması, sığorta bazarında dayanıqlılığın gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində görülən işlərlə bağlı təqdimat təşkil olunub.

Sədr Taleh Kazımov İSB rəhbərliyi ilə qurumun analitik və texnoloji infrastrukturun genişləndirilməsi, eləcə də istehlakçıların müdafiəsi istiqamətində keyfiyyətli və ədalətli təminatın təşkilinə dair tövsiyələrini bölüşüb.