USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan neftinin qiyməti 141 dolları ötüb

03.04.2026 İqtisadiyyat
0 0
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 10,89 ABŞ dolları və ya 8,3 faiz artaraq bir barel üçün 141,68 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 11,07 dollar və ya 8,9 faiz bahalaşaraq 135,15 dollar olub.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 12,19 dollar və ya 12,46 faiz artaraq bir barel üçün 110,04 dollara atıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 12,91 dollar və ya 10,05 faiz artaraq bir barel üçün 141,37 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.