USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səfir: Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər

19.08.2018 İqtisadiyyat
0 0
Çin tərəfi üçüncü ölkələrdə Azərbaycanla birgə müəssisələrin yaradılması imkanlarını dəstəkləyir.

"Kommersant.az" bildirir ki, bunu Trend-ə müsahibəsində Çinin Azərbaycandakı səfiri Vey Tszinhua deyib.
Səfir bildirib ki, 2015-ci ildə Çin hökuməti “üçüncü ölkə bazarlarında beynəlxalq əməkdaşlıq” modelini işə salıb:
“Bu model Çinin istehsalat gücünü, inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyalarını və inkişaf etməkdə olan ölkələrin tələbatını səmərəli şəkildə əlaqələndirir. Son iki il ərzində bu əməkdaşlıq modeli beynəlxalq arenada müsbət rəy alıb”.

V.Tszinhuanın sözlərinə görə, Çinlə Azərbaycan arasında qarşılıqlı səmərəli əməkdaşlıq var və bu əməkdaşlıq böyük potensiala malikdir:
“Dünya iqtisadiyyatında artım tempinin azalmasına baxmayaraq, ölkələrimiz arasında ticarətin həcmi ötən il rekord səviyyəyə çatdı. İlin birinci yarısında Çin Azərbaycanın yeddi əsas ticarət tərəfdaşından biri oldu. Ölkələrimiz arasında əməkdaşlıq əsasən nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı, tikinti materialları istehsalı, maşınqayırma, yüngül sənaye kimi sahələrdə genişlənir”.
Səfir xatırladıb ki, hazırda 20-dən çox Çin müəssisəsi Azərbaycanda neft-qaz, tikinti, aviasiya, logistika və digər sahələrdə sahibkarlıq fəaliyyəti həyata keçirir.

  • Əvvəlki

    Qurbanlıq kəsimi üçün yerlər bəlli oldu

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0