USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lerikdə 510 ailəyə bayram sovqatı paylanılıb

22.08.2018 İqtisadiyyat
0 0
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı ölkəmizin bütün regionlarında olduğu kimi, Lerikdə də yüksək əhval-ruhiyyə ilə qeyd olunub.

"Kommersant.az" AZƏRTAC-ın bölgə müxbirinə istinadla xəbər verir ki, şəhərin mərkəzi meydanında keçirilən tədbirdə idarə, təşkilat və müəssisələrin rəhbərləri, ağsaqqallar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bayramla əlaqədar ölkəmizin hər yerində Allah yolunda qurbanların kəsildiyini vurğulayan Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonda keçirilən mərasimlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın daha da firavan yaşaması, dövlətimizin inkişafı və tərəqqisi üçün dualar edildiyini, şəhidlərimizin xatirəsinin ehtiramla yad olunduğunu diqqətə çatdırıb.
Sonra qurbanlar kəsilərək rayonda yaşayan şəhid ailələri, Qarabağ və Böyük Vətən müharibəsi iştirakçıları və aztəminatlı ailələr də daxil olmaqla ümumilikdə 510 ailəyə bayram sovqatı verilib.

  • Əvvəlki

    Yarmarkada qurbanlıq diri heyvanlar bazardakından 15-20 faiz ucuz təklif olunur

Digər xəbərlər

04.07.2025 İqtisadiyyat
Qızıl qiymətləri yüksəlir
0 0
04.07.2025 İqtisadiyyat
Türkiyə FAO şurasına üzv seçildi
0 0