USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Astanada ictimai nəqliyyatda yeni ödəniş sistemi tətbiq olunur

22.08.2018 İqtisadiyyat
0 0
Qazaxıstanın paytaxtı Astanada ictimai nəqliyyatda yeni ödəniş sistemi tətbiq olunur.

"Kommersant.az"ın Trend-ə istinadən məlumatına görə, sərnişinlər artıq ödənişi həm kobrendinq bank kartlarından, həm də telefondan SMS göndərməklə edə biləcəklər.
Məlumatda bildirilir ki, yaxın günlərdə kobrendinq kartların istifadəsinə start veriləcək. Sərnişinlər üçün əlverişli olacaq kartda iki çip yerləşdiriləcək ki, bu da iki deyil, bir kartdan isitfadəyə imkan verəcək. Kobrendinq kartları əldə edən şəxslərin nəqliyyat kartına ehtiyacı qalmayacaq. Onlar ikilikartı nəzərdə tutulan banklardan əldə edə biləcəklər.

Pilot layihə ölkənin Avrasiya Bankı ilə birgə həyata keçiriləcək. Gələcəkdə isə kartların digər banklarda da buraxılması nəzərdə tutulub. Bundan əlavə, Qazaxıstanda tezliklə ictimai nəqliyyatdan istifadə edən şəxslər kartın balansını telefondan SMS göndərməklə artıra biləcəklər.
Beeline və Kcell/Active müştəriləri nəqliyyat kartının nömrəsini qısa SMS-lə göndərərək balansı artıra biləcəklər. Nəzərdə tutulan vəsait nömrənin balansından çıxarılacaq və kartın balansına yüklənəcək.

  • Əvvəlki

    Lerikdə 510 ailəyə bayram sovqatı paylanılıb

Digər xəbərlər

04.07.2025 İqtisadiyyat
Qızıl qiymətləri yüksəlir
0 0
04.07.2025 İqtisadiyyat
Türkiyə FAO şurasına üzv seçildi
0 0