USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hərbi hissələrdə Qurban bayramı qeyd edilib

22.08.2018 İqtisadiyyat
0 0
Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilib.

Bu barədə "Kommersant.az"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bayram tədbirlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri çatdırılıb, şəxsi heyətin iştirakı ilə qurbanlar kəsilib.
Tədbirlərdə çıxış edənlər Qurban bayramının yaranma tarixi və əhəmiyyətindən söz açıblar.
Hərbi qulluqçular üçün bayram süfrələri təşkil olunub və mədəni kütləvi proqramlar nümayiş etdirilib.

  • Əvvəlki

    Uzun müddət yuxusuz qalmaq təhlükəlidir

Digər xəbərlər

04.07.2025 İqtisadiyyat
Qızıl qiymətləri yüksəlir
0 0
04.07.2025 İqtisadiyyat
Türkiyə FAO şurasına üzv seçildi
0 0