USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İdarə Heyətinin üzvləri və sədri - Seçilib

07.09.2018 İqtisadiyyat
0 0
“Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin (AFBİA) növbəti Ümumi Yığıncağı keçirilib.

Qurumdan "Kommersant.az"a verilən məlumata görə, ümumi yığıncağın keçirilməsində əsas məqsədlərdən biri də Assosiasiyanın nizamnaməsinə uyğun olaraq növbəti iki il müddətinə İdarə Heyətinin üzvlərinin və sədrinin seçilməsi olub.
Yığıncağı İdarə Heyətinin sədri Ceyhun İbrahimov açaraq, ilk növbədə son iki ildə assosiasiyanın fəaliyyəti barədə üzvlərə qısa məlumat verib. Daha sonra assosiasiyanın İdarə Heyətinin üzvləri səsvermə yolu ilə seçilib. Səsvermənin nəticəsinə əsasən növbəti iki il üzrə Assosiasiyanın İdarə Heyətinin üzvlüyündə dəyişiklik olmayıb. Belə ki, “Bakı Fond Birjası”, “Milli Depozit Mərkəzi”, “Paşa Kapital İnvestisiya Şirkəti” QSC, “İnvestAZ İnvestisiya Şirkəti” QSC və “AzFinance İnvestisiya Şirkəti” QSC yenidən İdarə Heyətinə üzv seçilmişdirlər. Həmçinin növbəti iki ildə Assosiasiyanın İdarə Heyətinin sədri vəzifəsinə yenidən İnvestAZ İnvestisiya Şirkəti QSC-nin direktor müavini Ceyhun İbrahimovun namizədliyi təklif edilib və təklif üzvlər tərəfindən yekdilliklə qəbul olunub.

Ümumi Yığıncaq zamanı Aassosiasiyanın fəaliyyəti ümumi olaraq müsbət qiymətləndirilib. Qeyd olunub ki, AFBİA-nın 2014-2016-cı illər üzrə fəaliyyəti əsasən fəaliyyətinin bərpa edilməsinə və qanunvericilik aktlarının real praktikaya uyğunlaşdırılmasına yönəldilsə də, 2016-2018-cı illərdə Assosiasiyanın fəaliyyət istiqamətləri daha da genişləndirilib. Belə ki, cari dövrdə Assosiasiyanın əsas məqsədi fəaliyyətini ictimailəşdirmək, digər ictimai təşkilatlar, KİV-ərlə əməkdaşlığın genişləndirilməsi, həmçinin Strateji Yol Xəritəsinə uyğun olaraq, maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsi olub. Bundan başqa Assosiasiya cari dövrdə qiymətli kağızlar bazarının inkişafı məqsədilə bir sıra mühim təkliflərlə müvafiq dövlət qurumlarına müraciət etmişdir və növbəti illərdə artıq konkret addımların atılması gözlənilir.
Qeyd edək ki, hazırda “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin üzvlüyünə Bakı Fond Birjası və Milli Depozit Mərkəzi də daxil olmaqla, ölkənin qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları daxildir.

  • Əvvəlki

    Azərbaycanda bu xəstəliyə yoluxanların sayı artıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0