USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hansı ərzaqlar bahalaşıb? - SİYAHI

10.09.2018 İqtisadiyyat
0 0
2018-ci ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,7%, qeyri-ərzaq mallarının qiymətləri 3,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4% bahalaşıb.

"Kommersant.az" Dövlət Statistika Komitəsinin yaydığı məlumatlara istinadən xəbər verir ki, cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,9%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,2% bahalaşıb.

Avqust ayı ərzində bahalaşan ərzaqlar - un, mal, qoyun və toyuq əti, yumurta, balıq məhsulları, kərə və bitki yağları, şəkər və şəkər tozu, göyərti, pomidor, xiyar, göy lobya, kartof, qəhvə və çay

Avqust ayı ərzində ucuzlaşan ərzaqlar - manna və qarabaşaq yarması, makaron məmulatları, alma, armud, şaftalı, qarpız, yemiş, üzüm, badımcan, soğan

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.