USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yevlax rayonunda təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır

18.09.2018 İqtisadiyyat
0 0
Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə patogen və şərti patogen mikroorqanizmlərin məhv edilməsi məqsədilə dezinfeksiya tədbirləri davam etdirilir. Bu tədbirlərin aparılmasının əsas məqsədi təsərrüfat obyektlərində patogen mikroorqanizmləri məhv etməklə epizootik prosesin baş verməsinin qarşısını almaqdır. Obyektlərdə, heyvan saxlanılan təsərrüfatlarda dezinfeksiya tədbirlərinin aparılması epizootik sabitliyin qorunmasında mühüm rol oynayır. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Yevlax Rayon Baytarlıq İdarəsi rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirlərini davam etdirir.

Dövlət Baytarlıq Xidmətindən "Kommersant.az"a bildiriblər ki, dezinfeksiya aparılan zaman xüsusilə yem və su qablarının, divarların aşağı hissələrinin, arakəsmələrin, kanalizasiya xətlərinin mexaniki təmizliyinə fikir verilir. Təsərrüfatlarda obyekt sahibləri tərəfindən mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya işləri görülür. Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya tədbirləri Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli qərarı ilə müəyyən edilmiş tariflərə uyğun icra edilir.

Obyektlərdə profilaktik dezinfeksiya "almerdehyde", "ektosan" və 5 faizli "kaustik soda" məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınlar ilə güclü axın halında və ya avtomatik səyyar çiləyicilərlə səpilib. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.

Dezinfeksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

Həmçinin cari ilin ötən 8 ay ərzində Yevlax rayonda 1692 obyektə məxsus 82700 kvadratmetr ərazidə dezinfeksiya tədbirləri aparılaraq rayonda epizootik sabitlik qorunub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda ölkə ərazisində epizootik durum sabitdir və təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.

  • Əvvəlki

    Azərbaycan əhalisinin banklarda 8 milyard manatdan çox pulu var

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0