USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kənd təsərrüfatı naziri Salyan və Neftçalada pambıq sahələrinə baş çəkib

18.09.2018 İqtisadiyyat
0 0
Kənd təsərrüfatı naziri İnam Kərimov Salyan və Neftçalada pambıq sahələrinə baş çəkib.

"Kommersant.az" xəbər verir ki, Salyanda sort sınaq məntəqəsində pambıq sortlarına baxış keçirən nazirə əkilən sortlar barədə məlumat verilib, hər hektardan orta hesabla 40 sentner məhsul gözlənildiyi bildirilib. Sort sınaq məntəqəsində əkilmiş sortların hər birindən nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılır. Yoxlama zamanı daha çox lif keyfiyyəti, toxum çıxımı və digər göstəricilər müəyyənləşir, sonra dövlət reyestrinə salınaraq onun toxumçuluğu təşkil olunur.

Nazir İnam Kərimov yeni sortların yerli şəraitə uyğunlaşdırılması ilə bağlı görülən işlərlə maraqlanıb, tövsiyələrini verib.

İnam Kərimov, həmçinin Neftçala rayonunda tanınmış pambıqçı Əlibala Səlimovun pambıq sahəsi ilə tanış olub. Pambıqçı bu il 30 hektar sahədə pambıq əkdiyini, əkin zamanı yerli şəraitə uyğun toxumlardan istifadə olunduğunu deyib. Pambıq əkini zamanı digər tanınmış pambıqçıları yarışa çağırdığını xatırladan Əlibala Səlimov qeyd edib ki, bu il hər hektardan ən azı 50 sentner məhsul götürmək niyyətindədir.

Kənd təsərrüfatı naziri pambıq sahəsində çalışan kənd sakinləri ilə görüşüb, texnikanın yığıma hazırlıq prosesi ilə maraqlanıb, pambıqçıları maraqlandıran sualları cavablandırıb.

  • Əvvəlki

    Yevlax rayonunda təsərrüfatlarda dezinfeksiya tədbirləri aparılır

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0