Göyçayda sahibkarlar üçün treninq keçirilib
19.09.2018
İqtisadiyyat
0
0
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə Göyçay rayon Kənd Təsərrüfatı İdarəsi ilə birgə Alpoud kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
Nazirlikdən "Kommersant.az"a verilən məlumata görə, tədbir iştirakçılarına bağçılığın inkişafında aqrar elminin nailiyyətlərindən istifadə, nar və xurmanın intensiv üsullarla becərilməsi, innovativ suvarma texnologiyalarının tətbiqi, ixrac bazarları, ixracın stimullaşdırılması tədbirləri və s. barədə ətraflı məlumat verilib.
Treninq çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə geniş məlumatlar verilib, mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Digər xəbərlər
19.12.2025
İqtisadiyyat
Azərbaycan benzinini daşıyan 22 vaqon Ermənistana çatıb - Qevork Papoyan
0
0
19.12.2025
İqtisadiyyat
Belarus Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 6 dəfədən çox artırıb
0
0
18.12.2025
İqtisadiyyat
Avropa fond bazarları, Böyük Britaniya istisna olmaqla, müsbət tendensiyalar göstərir
0
0
18.12.2025
İqtisadiyyat
"Süni İntellektual Baloncuk" 2026-cı il üçün ən böyük riskdir - Deutsche Bank
0
0




.png)


















.jpg)









































