Turistlər "king size" çarpayıları seçir

05.10.2018 İqtisadiyyat
0 0
Hoteldə nömrə bronu zamanı turistləri ən çox narahat edən məqamlar müəyyən edilib.

"Kommersant.az" xəbər verir ki, Rusiya tədqiqatçılarının əldə etdiyi nəticələrə görə, hoteldə qalmaq istəyən qonaqları ilk növbədə sakitçilik və rahatlıq maraqlandırır. Onlar restoran və idman zallarının üzərində yerləşən otaqlardan qaçırlar. Bron zamanı turistləri maraqlandıran əsas məqamlardan digəri isə liftdən mümkün qədər uzaqda yerləşən otaqların seçilməsidir.

Üçüncü yerdə isə "king size" çarpayılar gəlir. Reytinq cədvəlinin onluğuna eyni zamanda, dağ və dəniz mənzərəli otaqlar, uşaq çarpayısı olan, siqaret çəkilməyən və balkonu olan nömrələr də daxildir.

  • Əvvəlki

    Banklar lombard krediti üzrə yarışacaq - DUEL DAVAM EDİR

Digər xəbərlər

22.03.2023 İqtisadiyyat
Buğda qiymətləri geriləyib
14 12
22.03.2023 İqtisadiyyat
Neftimiz bahalaşıb
11 3