USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnvestorların bilməli olduğu - NÜANSLAR

17.10.2018 İqtisadiyyat
0 0
Dünya iqtisadiyyatının gərgin olduğu dönəmdə yatırımlarınıza diqqət edin.

"Kommersant.az" xəbər verir ki, dünya iqtisadiyyatının belə bir gərgin vaxtında investorlar yatırım etməzdən əvvəl bunları mütləq nəzərə almalıdır. Belə ki, ilk növbədə yatırım etdikləri ölkənin qonşu dövlətlərlə iqtisadi və siyasi münasibətləri gözdən keçirilməlidir.

Növbəti addımda yatırım olunan şəhərin əhalisi müşahidə olunmalıdır. Daha sonra ölkənin vergi qanunları gözdən keçirilməlidir. Qeyd edək ki, dünyada ən aşağı vergi siyasəti Avropada həyata keçirilir.

Sonrakı addımda ölkənin texnoloji inkişafına diqqət yetirilməlidir. Texnoloji yeniliklər insanların həyatını asanlaşdırmaqla yanaşı əldə olunan gəlirlərin də miqdarını artırır.

Dolların səltənətini nəzərə almaq lazımdır. İqtisadiyyatın nə dərəcədə dəyişməsindən asılı olmayaraq dollar hələ 10 il hakimiyyətini davam etdirəcək.

Sonda bir faktı da nəzərinizə çatdıraq ki, dünyada iş qurulması ən asan ölkə Sinqapur hesab olunur.