Rusiya sanksiyalardan itirib?

17.10.2018 İqtisadiyyat
0 0
"ABŞ-ın antirusiya sanksiyaları Rusiya iqtisadiyyatını gücləndirib".

"Kommersant.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb. Nəşr Rusiya iqtisadiyyatının əsas ixrac məhsulu olan neftin qiymətinin bahalaşmasına xüsusi vurğu edib:

"Təkcə bu ilin avqust ayının ortalarında xammal xərcləri 14% artıb".

Analitiklərin fikrincə, bunun əsas hissəsi İrana qarşı məhdudiyyətlərin tətbiqi ilə bağlıdır. Məhdudiyyətlər İrandan digər ölkələrə məhsul ixracına mənfi təsir göstərir. Şərhə görə, "Lukoil"in katirovkası 39%-ə, "Rosneft"in katirovkası isə 56%-ə qədər artıb.

"Aberdeen Asset Management" investisiya şirkətinin eksperti isə rublun sürətlə dəyər itirməsini xatırladıb:

"Rusiya milli valyutasının ucuzlaşması yerli məhsullara, aşağı qiymətlərinə görə bazarda rəqabətqabiliyyətli olmağa imkan verir".

Xatırladaq ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sonuncu sanksiya bu ilin 27 avqustunda qüvvəyə minib. Rəsmi Vaşiqton noyabrda yeni sanksiyaların ola biləcəyini də istisna etmir.

  • Əvvəlki

    İnvestorların bilməli olduğu - NÜANSLAR

Digər xəbərlər

22.03.2023 İqtisadiyyat
Buğda qiymətləri geriləyib
14 12
22.03.2023 İqtisadiyyat
Neftimiz bahalaşıb
11 3