USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan energetikləri təltif edildi

19.10.2018 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib.

"Kommersant.az" Azərtac-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 19-da "Azərbaycanın bir qrup energetikinə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda energetika sahəsinin inkişafında xidmətlərinə görə üç nəfərə "Əməkdar mühəndis" fəxri adı verilib.

Ölkə başçısının "Azərbaycan energetiklərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında" imzaladığı Sərəncama əsasən Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətinə görə 21 nəfər "Tərəqqi" medalı ilə təltif edilib.

Bundan başqa, Prezident İlham Əliyevin imzaladığı digər Sərəncama əsasən Azərbaycanda energetikanın inkişafında xidmətlərinə görə bir nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.