USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiyməti ucuzlaşıb

15.11.2018 İqtisadiyyat
0 0
"Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,39 dollar azalıb.

"Kommersant.az" xəbər verir ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,39 dollar və yaxud 0,57% azalıb.

"Azeri Light" markalı neftin bir barelinin qiyməti 67,81 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.