USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Türkiyə də ən az İran qədər bizim düşmənimizdir”

24.11.2018 İqtisadiyyat
0 0
Səudiyyə Ərəbistanı Türkiyəni boykot edir.

"Kommersant.az" xəbər verir ki, Camal Qaşıqçı cinayətinə görə Səudiyyə Ərəbistanında bir qrup iş adamı Türkiyənin boykot edilməsi ilə bağlı sosial mediada kampaniya başladıb. "Twitter"da başladılan kampaniyaya saatlar içərisində on minlərlə tweet atılıb.

BBC-ə istinadən verdiyimiz xəbərdə deyilir ki, iş adamları hətta turizm agentliklərinə müraciət edərək Türkiyəyə gedişləri dayandırmağı istəyib. Ərəb jurnalistlərdən biri isə daha sərt ifadə işlədib: "Türkiyə də ən azı İran qədər bizim düşmənimizdir".