USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn ildən aktiv qaz həcmi artırılacaq

25.05.2018 İqtisadiyyat
0 0
Gələn ilin may ayına kimi “Qalmaz” yeraltı qaz anbarı sahəsində aktiv qaz həcminin 1,5 mlrd. kubmetr olmaqla bufer qaz həcminin 2,3 mlrd. kubmetrə çatdırılması üçün işlər görüləcək.

"Kommersant.Az" xəbər verir ki, bunu "Azneft" İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin rəisi Rövşən Qarayev "Qalmaz" yeraltı qaz anbarı sahəsində keçirilən texniki müşavirədə bildirib.

Onun sözlərinə görə, bunun üçün Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən qaz anbarlarının həcminin genişləndirilməsi istiqamətində mühüm tədbirlər – yeni quyuların qazılması, yerüstü avadanlıqların – qaz təsərrüfatınin yenidən qurulması və mövcud infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçiriləcək.

Müşavirə zamanı qeyd olunub ki, bu il ərzində "Qalmaz" yeraltı qaz anbarı sahəsində 3-cü bloka 6, 4-cü bloka 15 yeni quyunun qazılması planlaşdırılır. Sözügedən sahədə 6 yeni kompressor stansiyasının tikilərək 2019-cu ilin qazvurma mövsümünə kimi başa çatdırılması nəzərdə tutulur. Yeni tikiləcək kompressor stansiyalarının avadanlıqlarının təchiz edilməsi istiqamətində işlərin davam etdirildiyi qeyd olunub. 3-cü blokun qaz paylama məntəqəsində 15 ədəd quyu üçün yeni manifold sisteminin tikintisi həyata keçiriləcək.

Bu məqsədlə anbarlarda, eləcə də kompressor və elektrik təsərrüfatlarında mühüm yenidənqurma və genişləndirilmə işlərinin aparılacağı bildirilib.

Qeyd edək ki, hazırda "Qalmaz" yeraltı qaz anbarı sahəsində aktiv qazın həcmi 1 mlrd. kubmetr təşkil edir.