Gürcüstan elektrik enerjisi çatışmazlığını Azərbaycan hesabına aradan qaldırır

25.05.2018 Energetika
Gürcüstanda “İnquri” SES-də baş vermiş texniki nasazlıq səbəbindən ölkədə yaranmış elektrik enerjisi defisiti idxal hesabına aradan qaldırılır.

"Kommersant.Az" xəbər verir ki, “Gürcüstan Dövlət Elektrosistemi” SC-nin məlumatına görə, qonşu ölkə SES-də qəza baş verən vaxtdan 2 006 718 kv/saat həcmində elektrik enerjisi idxal edib. İdxal Azərbaycan, Rusiya və Türkiyədən həyata keçirilib.

“İnquri” SES-də baş vermiş texniki qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, dünən axşam saatlarında “İnquri” SES-də baş vermiş qəza nəticəsində paytaxt Tbilisinin bir hissəsi və bölgələrin elektrik enerjisi ilə təminatında məhdudiyyətlər yaranıb.