USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Özəl sektorda çalışan neftçilərin əməkhaqları 5 min manatdan aşağı düşdü

05.02.2020 İqtisadiyyat
0 0
Azərbaycanda xam neft və qaz hasilatı üzrə çalışan qeyri-dövlət sektorunun işçilərinin orta aylıq əməkhaqları son bir ildə 5% və ya 244 manat azalıb.

Ölkə üzrə qeyri-dövlət sektorunda ən böyük əmək haqqı alanların 2019-cu ilin IV rübü başlarkən əməkhaqkar 4 892 manat/aylıq təşkil edib (bu barədə DSK-dən məlumat verilir). Halbu ki, 2018-ci ilin eyni dövründə bu şəxslər ortalama 5 136 manat/aylıq əməkhaqqı alırdılar.

Əməkhaqlarının azalması ilə yanaşı neftçilərin özəl sektor üzrə sayı da azalıb. Məslən, 2019-cu ilin IV rübü başlarkən ümumi işçilərin sayı 11 300 nəfər təşkil edib. Öncəki ilin analoji dövründə isə bu sektor üzrə 11 573 nəfər işçi çalışırdı. Bu illik 2,4% azalma olması deməkdir.

Xatırladaq ki, ölkədə BP, TOTAL, LUKOYL, SHELL, TPAO, Petronas, Equinor və s. kimi xarici şirkətlərlə yanaşı yerli bir neçə şirkətdə neft və qaz emalında iştirak edirlər.

ABŞ-ın Chevron və ExxonMobil neft-qaz şirkətləri isə 2018-ci ildə Azərbaycandan getmələri barədə açıqlamalar yaymışdılar.