USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qlobal qaz tələbatı artacaq

26.06.2018 İqtisadiyyat
0 0
Qlobal qaz istehlakının hər il 1,6%-lik tələb artımı ilə 3,7 trilyon kubmetrdən 2023-ci ildə 4,1 trilyon kubmetrə qalxacağı təxmin edilib.

"Kommersant", Beynəlxalq Enerji Agentliyinin (IEA) 5 illik bazar təhlilini ehtiva edən "Qaz 2018 Hesabatı"nın materiallarına istinadən xəbər verir ki, qlobal qaz tələbatının hər il 1,6% artacağı və bu artımının böyük hissəsinin Asiyadan yaranacağı bildirilib.

Asiya regionunda xüsusilə Çinin təmiz hava üçün atdığı addımların, ölkədəki qaz tələbatının artmasında ən mühüm amil olmasının gözlənildiyi ifadə edilib.

Qlobal olaraq da sənaye sektorunda elektrik enerjisi istehsalında qazın payının artacağına diqqət çəkilərək, qlobal qaz istehlakının hazırkı 3,7 trilyon kubmetrdən 2023-cü ildə 4,1 trilyon kubmetrə çıxacağı nəzərdə tutulub.

Hesabatda, bunlar qeyd olunub:

"Avropanın qazda idxala olan asılılığı artacaq. Bu da mayeləşdirilmiş qaz (LNG) ilə Rusiyanın kəmərlərlə göndərdiyi qaz arasında bir rəqabətə səbəb olacaq. Bundan başqa, qlobal ticarətdəki artımın bir nömrəli faktoru LNG olacaq. Bu da əsasən ABŞ, Avstraliya və Rusiyadan gələcək".

Hesabatda, LNG-də əsas idxalçının Yaponiya olduğu xatırladılaraq, Çinin LNG tələbinin də ciddi səviyyədə artacağı vurğulanıb.

  • Əvvəlki

    İran bu məhsulların idxalına qadağa qoydu

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0