USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft qiymətləri OPEC iclası öncəsi yüksəlib

22.06.2018 İqtisadiyyat
0 0
Neft qiymətləri, OPEC və tərəfdaşlarının hasilat məsələsində ilkin razılaşmaya gəlmələrindən sonra cüzi yüksəlib.

Neft qiymətləri, OPEC və tərəfdaşlarının İranın istehsalı artırmaq məsələsində güclü müxalifətinə qarşı ön razılaşmaya gəlmələrindən sonra yüksəlib.

"Kommersant" xəbər verir ki, neft müqavilələri Nyu-Yorkda, Cümə günü 0.3% düşdükdən sonra 1 faiz yüksəlib.

OPEC-ə siyasət barədə təkliflər təqdim edən Nazirlərin Monitorinq Komitəsi hasilatı nəzəri olaraq gündəlik 1 milyon barrel artırmaq barədə razılığa gəlib. OPEC-in daxili hesablamaları barədə məlumata malik bir nümayəndə, bəzi ölkələrin hasilatı artırmamalarına görə, əsl artımın gündəlik 600 min barrel həcmində olacağını deyib.

Neft qiymətləri bu ay, treyderlərin OPEC-in hasilatın artırılıb-artırmayacağına dair işarələrini gözləmələri və artım olarsa bunun nə qədər olacağına dair xəbərləri təqib etmələri ilə birlikdə "dar bir dəhlizdə" qalıb. İndi OPEC və tərəfdaşları, ABŞ Prezidenti Donald Trampın yüksək qiymətlər məsələsində narahatlığını dilə gətirməsi, İran və Venesuelanın istehsal artımlarına müxalif qalmaları ilə istehsalçı və istehlakçı ölkələrin maraq balanslarına baxır.

Bakı vaxtı ilə saat 09:00-da Qərbi Texas nefti (WTI) 1% bahalaşma ilə 66.35 dollardan, Brent nefti 1.2% bahalaşma ilə barreli 73.88 dollardan alıcı tapıb.

Bu gün Vyanada OPEC sammiti və OPEC+ nazirlər səviyyəsində iclas baş tutacaq.