"Trampın hesablamaları səhvdir" - İRAN BƏYANAT YAYDI

01.08.2018 Energetika
Dövlət neft tədarükünü artırmaq üçün hər hansı tədbir görməyəcək.

“Kommersant.az” xəbər verir ki, İran tərəfindən verilən məlumatda, ABŞ prezidenti Donad Trumpın hesablamalarını səhv apardığı bildirilir. İran ABŞ-ın onlara qarşı sanksiyalarından sonra neft ixracını dayandıracağı halda Səudiyyə Ərəbistanı kimi ölkələrin istehsalda yarana biləcək kəsrləri qarşılayacağı ilə bağlı yanıldığını bildirib.

İran tərəfinin bu açıqlaması ötən gün “Reuters”in OPEK-in neft istehsalının gün ərzində 70 min barelə qalxması ilə bağlı məlumatından sonra bəyan edilib.