Qarabağ Azərbaycandır!

"Brent" bahalaşdı - YENİ QİYMƏT

14.09.2018 Energetika
Dünya birjalarında Brent markalı neftin qiyməti bahalaşıb.

“Kommersant.az” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin 1 barelə görə qiyməti 0,25 dollar və ya 0,36% bahalaşaraq 68,84 dollar olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri də 0,18 dollar və ya 0,23% yüksələrək 78,36 dollar olub.