USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

3 rayonda qanunsuz heyvan kəsimi ilə bağlı reydlər keçirilib

18.07.2019 Hadisə
0 0
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə Göygöl, Abşeron və Zərdab rayonlarında reyd keçirilib.

"Kommersant.az" xəbər verir ki, reydlərdə Agentlik əməkdaşları ilə yanaşı, yerli İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyə edilib.