USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Sumqayıt” Futbol Klubu loqosunu dəyişib

18.07.2019 İdman
0 0
“Sumqayıt” Futbol Klubu 2019/2020 mövsümündən etibarən yeni loqo ilə çıxış edəcək.

“Kommersant.az” klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni emblemin üzərində yerləşən “Göyərçin” Sumqayıt şəhərinin rəmzi və sülhü təmsil edir.

Aşağı hissədə yerləşən “Sünbül” isə bolluq, bərəkət simvoludur.

Qeyd edək ki, “Sumqayıt” 2010-cu ildə təsis edilib.