USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kənd Təsərrüfatı Nazirliyinin iki idarə rəisi işdən çıxarıldı

30.05.2018 Hadisə
0 0
Bu gün Kənd Təsərrüfatı Nazirliyində qurumun tabeliyindəki strukturların, Ərazi Kənd Təsərrüfatı İdarələrinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

"Kommersant.Az" bildirir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov deyib.

Onun sözlərinə görə, işlərində yol verdikləri ciddi nöqsanlara görə Ağstafa və Yardımlı Rayon Kənd Təsərrüfatı İdarələrinin rəisləri Əliyev İltifat Abı oğlu və İsmayılov Fəxrəddin Baxış oğlu tutduqları vəzifədən azad olunublar.