USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Sədərək"də yanğın: FHN əməkdaşları zəhərlənib - FOTO, VİDEO

04.08.2019 Hadisə
0 0
"Sədərək" ticarət mərkəzində yanğın başlayıb.

"Kommersant.az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi "Sədərək" ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı tüstüdən zəhərlənənlərə təcili yarım əməkdaşları tibbi yardım göstərib. Zəhərlənənlər arasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları da var.