Bakıda 3 otaqlı ev yandı

15.06.2018 Hadisə
Bakıda yanğın olub.

"Kommersant"ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nizami rayonunda ümumi sahəsi 50 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları, evə bitişik, sahəsi 20 m2 olan talvarın yanar konstruksiyaları, 9 m2 sahədə hamamın yanar konstruksiyaları (ümumi 79 m2 sahədə) və 21 p.m taxtadan ibarət hasar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.