Şəkidə 22 yaşlı gənc bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
"Kommersant" bildirir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saat 15:30 radələrində rayonun Baltalı kənd sakini 1996-cı il təvəllüdlü Nurlan Rəsul oğlu Rəhimov qarnının qapalı küt travması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan APA-ya bildirilib ki, Nurlan Rəhimov kəndin inzibati ərazisindəki otlaq sahəsində atdan yıxılaraq ağır xəsarət alıb. Müayinə zamanı Nurlan Rəhimovun dalağının partladığı məlum olub. Nurlan Rəhimovun üzərində cərrahiyə əməliyyatı aparılaraq dalağı çıxarılıb. Nurlan Rəhimovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirlir.